Koronavirusdan sağalanların sayı 63 mini ötdü

Koronavirusdan sağalanların sayı 63 mini ötdü
Siyasət 148

Çində yaranan və dünyaya yayılan koronirus epidemiyasına yoluxanların sayı 113 808 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, koronavirusa yoluxanların böyük nisbəti Çinin (80 min 754) payına düşür.

Bu günə qədər Çində virusa yoluxanların 3136 nəfəri həyatını itirib.

Dünya üzrə koronavirus xəstələrinin 63 min 821 nəfəri sağalmağı bacarıb.

Çindən kənarda virusun ən çox yayıldığı ölkələr İtaliya (9176), Cənubi Koreya (7513) və İrandır (7161).

Son xəbərlər