Çilidə küçələr müharibə meydanında döndü - 18 ölü, 150 yaralı - VİDEO

Çilidə küçələr müharibə meydanında döndü - 18 ölü, 150 yaralı - VİDEO
Video
Siyasət 473
Çilidə hökumət əleyhinə keçirilən aksiya daha da şiddətlənib.BAKU.WS DHA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları küçələrdə avtomobilləri yandırır, mağazaları və obyektləri dağıdırlar.6 gündür paytaxt Santyaqoda komendant saatı elan edilib.Polislər aksiya iştirakçılarına plastik mərmi, təzyiqli su və bibər qazı ilə müdaxilə edib. 6 gün ərzində polislərlə toqquşmalarda 18 nəfər ölüb. Bundan başqa, 150 nəfərin də yaralandığı bildirilir.Qeyd edək ki, aksiya ölkədə qiymət artımına etiraz məqsədilə keçirilir.

Oxşar xəbərlər

Son xəbərlər