Çexiyada qatarlar toqquşdu: 4 ölü, onlarla yaralı var - FOTO/VİDEO

Çexiyada qatarlar toqquşdu: 4 ölü, onlarla yaralı var - FOTO/VİDEO
Video
Siyasət 76

Çexiyanın Pardubitse şəhərində sərnişin və yük qatarlarının toqquşması nəticəsində ən azı dörd nəfər həlak olub, onlarla insan yaralanıb.

Bu barədə "İDNES" xəbər portalı fövqəladə xidmətlərə istinadən məlumat verib.

Məlumata görə, bəzi yaralıların vəziyyəti kritikdir. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır, 36 yanğınsöndürən heyəti və helikopter cəlb olunub.

"Pardubitsedə iki qatarın toqquşması böyük bir bədbəxt hadisədir. Biz hamımız həlak olanları və yaralananları düşünürük. Mən həlak olanların bütün yaxınlarına dərin hüznlə başsağlığı verirəm," - deyə Çexiyanın Baş naziri Petr Fiala "X" səhifəsində yazıb.

Son xəbərlər