Çexiya polisi Praqadakı atışma ilə bağlı 50-dən çox cinayət işi açıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çexiya polisi Praqa universitetində atışmanın təsdiqlənməsi və onun təkrarlanması hədələri ilə bağlı 90-a yaxın hadisəni araşdırır və 50-dən çox cinayət işi açıb.
“Report” xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
“Hal-hazırda biz insanların atışmanı təsdiqlədikləri və ya onu təkrarlamaqla hədələdikləri 90-a yaxın işi araşdırırıq. Polis belə şəxslərə qarşı 55 cinayət işi açıb. Onların əməlləri Cinayət Məcəlləsinin bir sıra maddələrinə, o cümlədən “zorakılıqla hədələmə”, “cinayət törətməyə razılıq vermə”, “bir qrup vətəndaşa və şəxslərə qarşı zorakılıq tətbiq etmə” maddələrinə aiddir”, - məlumatda vurğulanıb.
Belə açıqlamaların böyük əksəriyyəti sosial şəbəkələrdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda yazanların kimliyini müəyyən edə bilirlər.
Qeyd edək ki, Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışmada 15 nəfər ölüb.
Oxşar xəbərlər
Praqada universitetdə atışma törədən şəxs uşaq qatili olub
Polis dekabrın 21-də Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində silahlı insident törədən tələbənin Klanovitse meşəsində dekabrın 15-də 32 yaşlı kişini və...