Çavuşoğlu: "NATO-nun bəzi ölkələri Ukraynadakı müharibənin davam etməsini istəyir"
Yeniliklərdən dərhal xəbərdar olun
"NATO-da elə ölkələr var ki, Ukraynada müharibənin davam etməsini istəyir, çünki bu müharibə Rusiyanı zəiflədə bilər. Ukraynadakı vəziyyət onları çox maraqlandırmır".
BAKU.WS xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN türk" telekanalına müsahibəsində bildirib.
"Antalyadakı danışıqlardan nəsə çıxacağını gözləmirdik. Əsas olan tərəfləri orada bir araya gətirmək idi. İstanbuldakı danışıqlardan sonra ümidlərimiz böyük idi, lakin qətliam görüntüləri gələndə İstanbul razılaşmasından uzaqlaşdılar. Hər iki tərəf hələ də danışıqlar aparır. Putin və Zelenski istənilən vaxt görüşə bilər. Onlar arasında görüş baş tutsa, bu, İstanbulda və ya Antalyada ola bilər", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyət...