Çavuşoğlu Lavrovla görüşündə gündəm olan məsələyə aydınlıq gətirdi

Çavuşoğlu Lavrovla görüşündə gündəm olan məsələyə aydınlıq gətirdi
Siyasət 234

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla martın 10-da keçirdiyi görüşdən əvvəl kameraların önündə salamlaşma zamanı gərginliyin yaşanması barədə iddialara münasibət bildirib.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, nazir bununla bağlı fikirləri təkzib edib.

"Qarşımızdakı xətlərin üzərində nöqtələr var idi. Onları bir-birimizə göstərirdik. Mənim qarşımdakı xətdəki nöqtələr sarı idi. Lavrov niyə sarı rəngdə olduğunu soruşdu, zarafatlaşdıq. Heç bir problem olmayıb", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, nazirlər kameralar qarşısına keçərkən Çavuşoğlunun Lavrovdan öndə dayandığı üçün ona xəbərdarlıq etdiyi iddia edilmişdi.

Son xəbərlər