Ceyhun Bayramov monteneqrolu həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

Ceyhun Bayramov monteneqrolu həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb
Siyasət 25

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında ikitərəfli görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti nəzərdən keçiriblər.

Qarşılıqlı yüksək səviyyəli səfərlərin, o cümlədən Monteneqro Prezidenti Yakov Milatoviçin səfərinin ikitərəfli siyasi dialoqun davamlılığının təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Ticarət əlaqələrinin genişləndirilməsinin, investisiyaların təşviqinin, biznesdən-biznesə əlaqələrin gücləndirilməsinin və birgə layihələrin irəlilədilməsinin vacibliyi qeyd olunub. Tərəflər İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından səmərəli istifadə edilməsinin önəmini vurğulayıblar.

Humanitar əməkdaşlıq, o cümlədən turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq ikitərəfli münasibətlərin ayrılmaz hissəsi kimi dəyərləndirilib. Hər iki tərəf bu sahələrdə mübadilələrin genişləndirilməsini məmnunluqla qarşılayıb.

Nazirlər həmçinin BMT, ATƏT və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığı müzakirə edib, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın davam etdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Bununla yanaşı, regional məsələlərə də toxunulub

Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan ilə Ermənistan arasında normallaşma və dayanıqlı sülhə nail olmaq istiqamətində görülən işlər barədə məlumatlandırıb.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında ikitərəfli görüş başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Son xəbərlər