Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə telefon söhbəti baş tutub.
Bu barədə BAKU.WS-ə Azərbaycan XİN-dən məlumat verilib.
Nazir Ceyhun Bayramov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun təbriklərini qəbul edib.
Tərəflər iki ölkə arasındakı münasibətlərin geniş spektri üzrə fikir mübadiləsi aparıblar, strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat və bölgədəki gərgin vəziyyət ilə bağlı rusiyalı həmkarını məlumatlandırıb və yaşanan bu gərginliyin əsas səbəbinin məhz Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzkar siyasətinin olduğunu vurğulayıb.
Rusiya Xarici İşlər naziri hər iki tərəfi atəşkəsə riayət etməyə və bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırdıqlarını qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...