Ceyhun Bayramov Yasir Ərəfatın ev muzeyini ziyarət edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev muzeyini ziyarət edib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə 20-ci əsrin əvvəllərindən 2004-cü ildə Fələstin xalqının lideri Yasir Ərəfatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən Yasir Ərəfatın ev muzeyi barəsində ətraflı məlumat verib.
Muzeyin kolleksiyaları ilə yaxından tanış olan Ceyhun Bayramov sonda muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib - YENİLƏNİB-3 - FOTO
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Mill...