Ceyhun Bayramov UNESCAP rəsmisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində qurumun icraçı katibi, Baş katibin müavini Armida Salsiah Alisjahbana ilə görüş keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə UNESCAP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolunu qeyd ediblər.
Eyni zamanda enerji, nəqliyyat, rəqəmsallaşma, ticarətin asanlaşdırılması, yaşıl inkişaf və insan kapitalı sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
The Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun, met with the UN Under-Secretary-General and Executive Secretary of the United Nations Economic and Social Comission for Asia and the Pacific (UNESCAP) Armida Salsiah Alisjahbana @UN_Armida on the… pic.twitter.com/LajhVhkVB1
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 20, 2026
Oxşar xəbərlər
ABŞ-nin hərbi aktivliyi artıb: Regionda yeni əməliyyat olacaq?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İsrail və İran münaqişəsi ilə bağlı son vəziyyət müzakirə edilib. Tehran Vaşinqtonun şərtlərini r...