Ceyhun Bayramov türkiyəli həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
BAKU.WS Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, C.Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.
Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi nazirlər tərəfindən vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...