Ceyhun Bayramov Türkiyədə səhra xəstəxanasındakı tibb işçilərinə təşəkkür edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Azərbaycan tərəfindən qurulan səhra xəstəxanasında çalışan tibb işçilərinə təşəkkürünü bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə XİN başçısı tviterdə qeyd edib.
"Kahramanmaraşa səfərim zamanı Azərbaycan tərəfindən zəlzələ nəticəsində xəsarət almış qardaşlarımıza xidmətlərin göstərilməsi məqsədilə göndərilmiş səhra xəstəxanasını ziyarət etdim, xəstəxanada çalışan bütün əməkdaşlara yorulmaz fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim", - diplomat bildirib.
Kahramanmaraşa səfərim zamanı #Azərbaycan tərəfindən zəlzələ nəticəsində xəsarət almış qardaşlarımıza xidmətlərin göstərilməsi məqsədilə göndərilmiş səhra xəstəxanasını ziyarət etdim, xəstəxanada çalışan bütün əməkdaşlara yorulmaz fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim. pic.twitter.com/QqGt27HlVj
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) February 11, 2023
Oxşar xəbərlər
Ceyhun Bayramov Kahramanmaraşdadır - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraş vilayətində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb. Daha sonra...