Ceyhun Bayramov Rusiyanın indiyədək gizli qalan planını açıqladı
"2020-ci il oktyabrın 9-da Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib. Həmin görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərə Kremlin atəşkəs planını təqdim edib".
BAKU.WS xəbər verir ki, bu barədə İTV-nin efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycan XİN başçısı Ceyhun Bayramov məlumat verib.
O, artıq hadislərin üzərindən kifayət qədər zaman keçdiyini bildirərək bəzi gizli məqamları açıqlayıb.
"Danışıqlar başlayan kimi Rusiyanın xarici işlər naziri Lavrov tərəflərə bir sənəd təklif etdi. Bu, atəşkəs qərarının hazır forması idi. Burada təklif olunurdu ki, oktyabrın 9-dan 10-a keçən gecə saat 00.00-dan etibarən bütün təmas xəttində hərbi əməliyyatlar dayandırılır. Təmas xəttinin şərq tərəfində Rusiya sülhməramlıları ilə Azərbaycan ordusu, qərb tərəfində isə Rusiya sülhməramlılıarı ilə Ermənistan ordusu dayanır. Yəni, heç bir əlavə şərtlər razılaşdırılmadan, erməni silahlı birləşmələri ərazidən çıxarılmadan artıq Rusiya sülhməramlıları bölgəyə yerləşdirilir", - deyə C.Bayramov sənədin əsas müddəalarını çatdırıb.
Onun sözlərinə görə, əgər Moskvanın planı qəbul edilsəydi, bu, hər şeyin sonu olacaqdı, vəziyyət dondurulacaq və Azərbaycan torpaqlarının azad edilməsi mümkün olmayacaqdı.
Oxşar xəbərlər
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb. BAKU.WS xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Rəcəb Tayyib Ərdoğan 8 Noyabr...