Ceyhun Bayramov Rusiya XİN-in rəhbəri ilə telefonla danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. Danışıq zamanı nazirlər Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi ilə bağlı irəliləyişi müzakirə ediblər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Xarici siyasət qurumlarının rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatındakı müddəaların icrası vəziyyətini, ikitərəfli əməkdaşlığın aktual məsələlərini və günün beynəlxalq hadisələrini müzakirə ediblər”, - məlumatda belə deyilir.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...