Ceyhun Bayramov Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
BAKU.WS nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsinin işlənib hazırlanması, bütün kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası prosesinin başlanması sahəsində mövcud olan vəziyyəti müzakirə ediblər.
Azərbaycan tərəfinin bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq addımları atmağa hazır olduğu vurğulanıb.
Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Rusiyanın qeyd edilən bütün istiqamətlər üzrə irəliləyişin əldə edilməsini dəstəkləməyə hazır olduğunu bir daha qeyd edib.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...