Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 10 dekabr 2025-ci il tarixində Macarıstana işgüzar səfərə yola düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Bildirilib ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana işgüzar səfərinə dair mətbuat məlumatı
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 10, 2025
10 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində 11 dekabr tarixində… pic.twitter.com/XNyaYByZZj
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...