Ceyhun Bayramov: “İkinci Qarabağ müharibəsində Pakistan və Türkiyənin mövqeyi bizim üçün son dərəcə əhəmiyyətli idi”
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Qarabağ müharibəsində Azərbaycana göstərdikləri dəstəyə görə Pakistan və Türkiyənin xarici işlər nazirlərinə təşəkkür edirəm.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bildirib.
O deyib ki, Türkiyə və Pakistan Ermənistanın hücumlarını, Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini qınadılar, suverenlik və ərazi bütövlüyünə əsaslanaraq Azərbaycanı dəstəklədilər və beynəlxalq arenada səslərini ədalətin təcəllası üçün qaldırdılar.
“Pakistan və Türkiyənin bu məsələdə mövqeyi bizim üçün son dərəcə əhəmiyyətli idi. Eyni zamanda, həqiqi dostlarımızın göstərməli olduğu bir mövqe idi. Biz bunu son dərəcə təqdir edirik. Azərbaycan xalqı qürur duyaraq Pakistan və Türkiyə bayraqlarını qaldırırdılar”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...