Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
28 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar.
İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.
İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və əldə olunan razılıqların icrası məmnunluqla vurğulanıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycanlı həmkarını İrana səfərə dəvət edib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...