Ceyhun Bayramov: İran Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat verməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
İran Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat verməlidir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı Baxtiyor Saidovla telefon danışığı zamanı qeyd olunub.
Bildirilib ki, Azərbaycan tərəfinin baş verən hücumla bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsi, izahat verilməsi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 2 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...