Ceyhun Bayramov: İran məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik
Prezident İlham Əliyevin dünənki fikirləri açıq bir mesajdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə martın 5-də Təhlükəsizlik Şurasında Prezident İlham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatlarına toxunarkən deyib.
"Dünən İran XİN rəhbəri ilə telefon danışığımızda məsələni müzakirə etdik. İran tərəfi məsələni ciddi şəkildə araşdırmağa söz verdi, biz də nəticələri gözləyirik",-deyə nazir əlavə edib.
C.Bayramov həmçinin bildirib ki, dövlət başçısı ötən gün baş verən dron hücumu ilə bağlı müvafiq tapşırıqlar verib:
"Artıq hadisə ilə bağlı diplomatik addımlar atılıb, nota verilib, həmkarımla telefon danışığımız olub. Artıq məsələ ilə bağlı İran tərəfindən araşdırmanın başladılması ümumi prosesdir. Azərbaycanın təhlükəsizliyi yüksək səviyyədə dövlət başçısının nəzarəti altındadır".
Oxşar xəbərlər
Din adı ilə gerçəkləri ört-basdır edənlər: "İranın tərəfini tutanlar nə yeyib-içirlər?!"
"Bəzi insanlar "şiə qardaşlarımız" deyərək İranın tərəfini tuturlar. Amma başa düşmürlər ki, bu, öz dövlətinin maraqlarını və reallıqlarını onlara qurban vermə...