Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər arasında Azərbaycan-Rusiya ikitərəfli və çoxtərəfli gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektləri də müzakirə olunub.
Nazirlər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22 avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq iclasın nəticələrini yüksək qiymətləndiriblər.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ: Paşinyanın ÇAĞIRIŞI
Hətta yekun sülh sazişinin imzalanmasından sonra da heç kim, xüsusilə erməni xalqı unutmamalıdır ki, ona firavan şəkildə, müharibəsiz gələcək qurmaq imkanlarını...
