Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Tərəflər Ermənistan–Azərbaycan normallaşma prosesinə xüsusi diqqət yetirməklə, regionda dialoqun və əməkdaşlığın irəliləməsinə dair fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.
Qeyd olunub ki, müzakirələr zamanı davamlı diplomatik təmasların əhəmiyyəti, sülh danışıqlarında əldə edilmiş irəliləyiş, hərtərəfli və davamlı sülh sazişinə doğru dinamikanın qorunub saxlanılmasının zəruriliyi vurğulanıb.
Həmçinin Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və iqtisadi tərəfdaşlıq sahələrindəki imkanları nəzərdən keçirib, davamlı təmasların əhəmiyyəti vurğulanıb.
Foreign Minister of #Azerbaijan Jeyhun Bayramov met with Magdalena Grono, European Union Special Representative for the South Caucasus, on the sidelines of the Antalya Diplomacy Forum.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 18, 2026
The sides exchanged views on advancing dialogue and cooperation in the region, with a… pic.twitter.com/L2uH3hvFxm
Oxşar xəbərlər
Azərbaycanla Ermənistan arasında sürətlənən normallaşma və iki Avropa ölkəsinin sülh prosesini pozmaq cəhdi
Niderland və Belçika parlamentlərinin aşağı palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Özü də eyni gündə. Məsələn, aprelin 16-da Niderl...