Ceyhun Bayramov: "Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var"
Yeniliklərdən dərhal xəbərdar olun
“Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".
BAKU.WS-in report-a istinadən xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu müddət ərzində Azərbaycanın 5 vətəndaşının zəlzələ zonasında həlak olması təsdiq edilib:
“Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərar alınıb. Digər 4 nəfərin isə Azərbaycana aparılması istiqamətində işlər davam edir. Eyni zamanda hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...