Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər, xaricdəki milli icma və Afrika məsələləri üzrə naziri Əhməd Attaf ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
Ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafında mühüm addım kimi qiymətləndirilib.
BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri, o cümlədən Azərbaycanın CICA-ya sədrliyi və gələn il İƏT Zirvə görüşünə ev sahibliyi kontekstində müzakirə edilib.
Yaxın Şərqdə gərginliyin azaldılmasının, atəşkəsin möhkəmləndirilməsinin və münaqişələrin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.
Within the framework of #ADF2026, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun met with the Minister of State, Minister of Foreign Affairs, National Community Abroad and African Affairs of the People’s Democratic Republic of #Algeria @AhmedAttaf_Dz.… pic.twitter.com/OANifntkSz
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 18, 2026
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...