Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə beynəlxalq əhəmiyyətli məsələləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun qorunmasının və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələr ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya və enerji sahəsində əməkdaşlığın təşviqi, eləcə də iki ölkənin biznes dairələri arasında qarşılıqlı əlaqələrin artırılması məsələlərini əhatə edib.
Hər iki tərəf Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Sazişin əhəmiyyətini vurğulayıb.
Görüşdə həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da daxil olmaqla, regional və beynəlxalq əhəmiyyət kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayburd, Bəydağ toponimləri
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Baytar/baydar türk etnonimindən yaranan Baydarçay" adlı...