Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan keçmiş münaqişə zonasına milyardlarla dollar sərmayə yatırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın genişmiqyaslı yenidənqurma işləri eyni zamanda sülh quruculuğu strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir:
"Bu, hamı üçün daha yaxşı, firavan gələcək qurmaq strategiyasıdır. Azərbaycanın qətiyyətli mövqeyi və addımlarından sonra Cənubi Qafqaz onilliklər boyu davam edən qeyri-sabitlikdən həqiqi sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir. Uzun illər davam edən münaqişənin başa çatması və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyünün tam bərpası regional dinamikanı dəyişdirib, sülh və təhlükəsizlik üçün əsas təhdidlərdən birini aradan qaldırıb və regional əməkdaşlıq üçün yeni perspektivlər yaradıb".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...