Ceyhun Bayramov Bərdənin bombalanması ilə bağlı paylaşım edib - FOTO

Ceyhun Bayramov Bərdənin bombalanması ilə bağlı paylaşım edib - FOTO
Siyasət 61

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Bərdəyə raket hücumunun ikinci ildönümü ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o bu barədə özünün tvitter hesabında yazıb.

"Oktyabrın 27-28-də fəal hərbi əməliyyatlar zonasından kənarda əhalinin sıx məskunlaşdığı hissəyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 27 nəfər həlak olub, 70-dən çox dinc sakin yaralanıb. Biz bu müharibə cinayəti nəticəsində xaincəsinə öldürülənləri xatırlayır və hörmətlə anırıq", - deyə nazir bildirib.

Son xəbərlər