Ceyhun Bayramov: Azərbaycan sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirəcək.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 27 sentyabr - Anım Günü ilə bağlı "X" hesabında etdiyi paylaşımda bildirib.
"27 sentyabr tarixində 30 ilə yaxın işğal və təcavüz faktına son qoyaraq hazırkı postmünaqişə dövrünün reallıqlarının, bölgəmizin əmin-amanlığının əsasını qoyan 44 günlük Vətən müharibəsinin başlamasından 5 il ötür. 27 Sentyabr - Anım Günü ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizi andığımız qürur tarixidir.
Tarixi ədalət və beynəlxalq hüququn təmini uğrunda canlarından keçən bütün oğul və qızlarımıza Allahdan rəhmət, bu yolda sağlamlıqlarını itirən bütün müharibə iştirakçılarına şəfa diləyirik. Dayanıqlı sülh və sabitliyin hər zamankından daha yaxın olduğu hazırkı dövrdə ölkəmiz sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirəcəkdir", - nazir vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...