Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının şərtlərini açıqlayıb

“Ölkə başçısı tərəfindən dəfələrlə səsləndirilmiş fikir ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkələrin suverenliyinin, ərazi bötüvlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipi əsasında münasibətlərin normallaşmasının tərəfdarıdır”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.
Nazir bildirib ki, Ermənistan region ölkələrinin normal inkişafı üçün beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin inkişafına alternativin olmamasını nə qədər tez anlayarsa, bu nəinki Ermənistan və Azərbaycan, həm də region ölkələri üçün yaxşı nəticələr verə bilər.
“Azərbaycanın bu istiqamətdə mövqeyi dəyişməzdir və dəfələrlə öz mövqeyini ortaya qoyub”, - nazir əlavə edib.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...