Ceyhun Bayramov: Azərbaycan bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşündə deyib.
Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən C.Bayramov Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, bu ölkənin sürətlə silahlanması faktına diqqət çəkib.
O, sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bürövlüyü və suverenliyinə qarşı iddiaların mövcudluğunu xatırladıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...