Ceyhun Bayramov: Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X"dəki hesabında yazıb.
"Bu gün Azərbaycan xalqının şanlı tarixində mühüm yer tutan 28 May – Müstəqillik Gününü qürurla qeyd edirik. Müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi naminə göstərilən səylər nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır. Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, xalqımıza firavanlıq, əmin-amanlıq və yeni-yeni uğurlar arzulayıram.
28 May – Müstəqillik Günümüz mübarək!", - C.Bayramov qeyd edib.
Bu gün Azərbaycan xalqının şanlı tarixində mühüm yer tutan 28 May – Müstəqillik Gününü qürurla qeyd edirik.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) May 27, 2026
Müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi naminə göstərilən səylər nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi… pic.twitter.com/Rl4GzrHk0t
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...