Ceyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb.
Bu barədə BAKU.WS-ə XİN-dən məlumat verilib.
C.Bayramov Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini söyləyib. Nazir hazırkı dövrdə regional əməkdaşlıq formatlarının əhəmiyyətinin ön plana çıxdığını söyləyib. Bu xüsusda Azərbaycanın da iştirakı ilə həyata keçirilən üçtərəfli əməkdaşlıq formatları, o cümlədən bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Qazaxıstan-Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin konfransı qeyd edilib. Nəqliyyat bağlantı mövzusunun, eləcə də Şərq-Qərb Orta Dəhlizin inkişafının önəm kəsb etdiyi vurğulanıb.
K.Sarıbay Azərbaycana səfər proqramının kifayət qədər maraqlı olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçirilən görüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflı məlumatın əldə ediıməsi baxımından faydalı olduğunu ifadə edib. O, Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla qeyd edib. Nəqliyyat bağlantı mövzusunun AQEM üçün hazırda ən aktual məsələlərdən biri olduğunu söyləyən K.Sarıbay bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.
Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, qarşıdan gələn Zirvə görüşünə hazırlıq, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...