Ceyhun Bayramov Ankarada keçirilən görüşdə çıxış edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxış edib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan XİN başçısı çıxışı zamanı üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını vurğulayıb.
Nazir diqqətə çatdırıb ki, təhlükəsizlik, iqtisadiyyat, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya daxil olmaqla geniş əməkdaşlıq sahələri mövcuddur.
Ceyhun Bayramov həmçinin Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanları qeyd edib.
Çıxışda mövcud regional potensialdan istifadə edərək Yaxın Şərq və Əfqanıstan da daxil olmaqla daha geniş regionun sülh, təhlükəsizlik və inkişafına töhfə verməsi də qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə h...