Cevdet Yılmaz: "Ərdoğanın maaşı deputatların maaşından aşağıdır"

Cevdet Yılmaz: Ərdoğanın maaşı deputatların maaşından aşağıdır
Siyasət 82

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın maaşının millət vəkili maaşından az olduğunu açıqlayıb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, müxalifət partiyalarının millət vəkillərinin Prezident Rəcəb Tayyib Ərdoğanın maaşı ilə bağlı bəzi açıqlamalar verdiyini vurğulayan Yılmaz deyib:

"Kaş, bu məsələləri polemikaya çevirməyək. Prezidentimizin maaşı ilə bağlı bəzi açıqlamalar oldu. Baxın, bunu çox açıq və qəti deyim ki, hazırda Prezidentimizin maaşı deputat maaşından aşağıdır. Nazir müavinlərinin maaşından aşağıdır. Niyə belədir? Çünki o, şəxsi üstünlükləri ilə bir müddət maaş artımına imkan vermədi".

Son xəbərlər