Cənubi koreyalı qız gözəl seçildi - FOTO/VİDEO
Filippində "Miss Earth-2022" (Yer Gözəli-2022) gözəllik müsabiqəsi keçirilib.
BAKU.WS "Manila Times"a istinadən xəbər verir ki, Manila şəhərində baş tutan yarışmaya xarici ölkələrdən 86 iştirakçı qatılıb. "Miss Earth-2022" adına cənubi koreyalı Mina Sue Choi sahib olub.
Yarış tarixində ilk dəfədir ki, cənubi Koreya təmsilçisi qalib olaraq əsas mükafatı alıb. Müsabiqənin digər finalçıları isə Avstraliya, Fələstin və Kolumbiya gözəlləri olublar.
Müsabiqədə qonşu ölkə Rusiyanı isə Yekaterina Velmakina təmsil edib. O, finalçılar sırasına daxil olmasa da, münsiflər heyətindən bir neçə mükafat alıb.
Tədbir üç il ərzində ilk dəfədir ki, üz-üzə formatda keçirilib. Əvvəllər pandemiya səbəbi ilə təşkilatçılar müsabiqəni yalnız onlayn keçirirdilər.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...