Cənubi Azərbaycanda dəhşət! - Bina partladı - Ölən və yaralananlar var - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Azərbaycanın Bukan şəhərində dəhşətli partlayış baş verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yaşayış binasında qaz partlaması nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bukan Bələdiyyəsinin Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətinin rəhbəri Rəsul Marufi hadisənin qaz xəttindəki sızma nəticəsində baş verdiyini deyib.
Marufinin sözlərinə görə, yanğınsöndürənlər 2-si uşaq olmaqla 6 nəfərin cansız bədənini dağıntılar altından çıxarıb, biri yanğınsöndürən olmaqla 4 yaralı isə xəstəxanada müalicəsini davam etdirir.
İranlı rəsmi qeyd edib ki, ərazidə axtarış-xilasetmə işləri də davam edir. İlkin məlumatlarda hadisənin qaz sızması nəticəsində meydana gəldiyini deyən Marufi partlayışın dəqiq səbəbinin hələlik məlum olmadığını, qaz şirkəti mütəxəssislərinin araşdırmalarını davam etdirdiyini bildirib.
Bukan bələdiyyə sədri bina ilə yanaşı ona bitişik iki tikilinin də 70%-ə qədərinin dağıldığını deyib. O, ölü sayının artacağını istisna etməyib.
5 citizens, including two children, have died in #Bukan due to to a explosion so far. #iranexplosion #MahsaAmini #iran pic.twitter.com/nRBCGyIUSq
— Iranian Knowledge (@iranianknows) January 13, 2023
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...