CARİCOM-un baş katibi: İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin özünəməxsus yeri var

CARİCOM-un baş katibi: İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin özünəməxsus yeri var
Siyasət 14

İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin özünəməxsus yeri var.

Report xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı Karib Hövzəsi Ölkələri Birliynin (CARİCOM) baş katibi Karla Barnet deyib.

O bildirib ki, qlobal karbon tullantılarından cəmi bir faizdən də az hissəsi Karib regionu dövlətlərinin payına düşür:

"Biz dəniz səviyyəsinin artımını müşahidə edirik, amma bunun qarşısını təkbaşına almaq iqtidarında deyilik. Ona görə də bu sahədə süni intellektin imkanlarından danışırıq. Ekosistemlərin qorunmasında süni intellektin tətbiqini mümkün hesab edirik. Mütəxəssislər ciddi şəkildə iqlim probleminin araşdırılması ilə məşğuldurlar. Ancaq onlar bu problemin qarşısını almağın çətin olduğunu deyirlər.

Təşkilat daxilində bununla bağlı xüsusi siyasət və proqramların tərtib edilməsi ilə məşğuluq. Bütün məsələlərin həllinə töhfə verə bilərik. İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin özünəməxsus yeri var. Beynəlxalq birlikdən xahiş edirik ki, bununla bağlı müvafiq tədbirlər görülsün və vəsaitlər ayrılsın.

Bu işlərə 2025-ci ildən başlanılmalıdır. Qlobal istiləşmənin 1,5 dərəcə selsidə saxlanılması da çox vacibdir. Beynəlxalq maliyyə təsisatlarını, Dünya Bankını daha böyük işlərin görülməsinə çağırırıq. Bu işlərə beynəlxalq səviyyədə verilən dəstək yetərli deyil. Bizim gözləməyə vaxtımız yoxdur. problemin həllinə çalışmalıyıq".

Son xəbərlər