"Caliber": Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın vaxtlarda Vaşinqtonda mühüm siyasi və tarixi əhəmiyyətə malik hadisə baş verəcək - Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişinin mətninin paraflanması baş tutacaq.
Bu barədə Caliber.az "Telegram" kanalı məlumat yayıb.
"Bu addım o deməkdir ki, tərəflər müqavilə layihəsinin bütün bəndləri üzrə konsensus əldə ediblər və onun məzmunu ilə razılaşdıqlarını rəsmən qeyd edəcəklər.
Paraflama mühüm diplomatik prosedurdur, sazişin yekun imzalanmasına bərabər olmasa da, mətnin təsdiqi mərhələsinin başa çatdığını göstərir.
Beynəlxalq təcrübə nöqteyi-nəzərindən bu, tərəflərin tam və hüquqi öhdəliyi olan sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə hazır olduğunu qeyd edir.
Eyni zamanda, sülh müqaviləsinin bilavasitə imzalanması 2026-cı ildə Ermənistanda konstitusiyaya dəyişiklikləri üzrə ümumxalq referendumundan sonra baş tuta bilər", - deyə materialda bildirilir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...