Burhanettin Duran: Azərbaycan xalqı 20 Yanvar gecəsində dünyaya zülmə təslim olmayacağını göstərdi
Azərbaycan xalqı 20 Yanvar gecəsində bütün dünyaya zülmə təslim olmayacağını və müstəqillik iradəsindən heç vaxt əl çəkməyəcəyini göstərdi.
Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"1990-cı il yanvarın 20-də Bakıda baş verən qanlı hadisələr Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda şərəfli mübarizəsinin simvoludur.
Sovet ordusunun günahsız mülki əhaliyə hücumu tariximizin ən ağrılı səhifələrindən biri kimi yaddaşımıza həkk olunub. Ancaq Azərbaycan xalqı həmin qaranlıq gecədə bütün dünyaya zülmə təslim olmayacağını və müstəqillik iradəsindən heç vaxt əl çəkməyəcəyini göstərib.
Bu gün, Qara Yanvarın 36-cı ildönümündə Türkiyə olaraq, qardaş Azərbaycanın ağrısını və qürurunu "bir millət, iki dövlət" anlayışı ilə ürəkdən bölüşürük. Qara Yanvarda şəhid olan qardaşlarımızı mərhəmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik", - B.Duran yazıb.
20 Ocak 1990 gecesi, Bakü’de yaşanan Kara Ocak, Azerbaycan halkının özgürlük ve bağımsızlık uğruna verdiği onurlu mücadelenin simgelerinden biridir.
— Burhanettin Duran (@burhanduran) January 20, 2026
Sovyet ordusunun masum sivillere yönelik saldırısı, tarihimizin en acı sayfalarından biri olarak hafızalara kazınmıştır. Ancak… pic.twitter.com/QABUKmkolQ
Oxşar xəbərlər
Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq Xartiyası nə vəd edir?
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri çərçivəsində yadda qalan məqamlardan biri də "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləş...