“Bürc-Xəlifə” Türkiyə bayrağının rənginə boyandı - VİDEO

“Bürc-Xəlifə” Türkiyə bayrağının rənginə boyandı - VİDEO
Video
Siyasət 87

"Bürc Xəlifə" bu dəfə Türkiyə bayrağının rənginə boyanıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Əbu-Dabidəki səfiri Tuqay Tunçer BƏƏ-nin məşhur göydələn layihəsi olan "Bürc Xəlifə"nin türk bayrağı ilə işıqlandırıldığı videosunu sosial media hesabında paylaşıb.

Səfir Tunçer Dövlət Himninin müşayiəti ilə çəkilən videonu "BƏƏ və Türkiyə münasibətlərində tarixi bir gün. Birləşmiş Ərəb Əmirliklərindən prezident Ərdoğana səmimi qarşılama." - deyə paylaşıb.

Qeyd edək ki, Prezident Ərdoğan Abu Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə 14-15 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcək.

Həmçinin prezident “EXPO 2020 Dubay” Ümumdünya Sərgisində iştirak edəcək və “Türkiyə Milli Günü” olaraq təyin olunan 15 fevralda Türkiyənin sərgi sahəsinə baş çəkəcək.

Son xəbərlər