Bu toyda milyonları çamadana yığdılar, gəlinə 4 kiloqram qızıl taxdılar - VİDEO

Türkiyənin Van şəhərində təmtəraqlı toy məclisi keçirilib.
BAKU.WS xəbər verir ki, Adem Durmaz və Sozdar Yağızer adlı cütlüyün toyunda onlara bir sərvət bağışlanıb. Belə ki, 5 saat ərazində gəlinə 4 kiloqram qızıl, bəyə isə 6 milyon lirə (təxminən 404 400 AZN) pul taxılıb.
İki gün iki gecə davam edən toyda 5000 nəfər iştirak edib. Qonaqlar İran, İraq, Suriya, Belçika, Fransa, Niderland kimi ölkələrdən gəlib. Onlar üçün 100 baş qoyun kəsilib.
Toyda yığılan pulu yəni 6 milyon lirəni hesablamaq üçün 10 nəfər eyni masaya əyləşib. Onlar pulları sayıb qurtardıqdan sonra çamadanlara yığıblar.
Təmtəraqlı toyun görüntüləri Türkiyə mətbuatında və sosial platformalarda yayılaraq gündəm olub.

Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...