Bu ölkənin prezidenti karantini pozanları güllələməklə hədələdi
Filippin Prezidenti Rodriqo Duterte koronavirus pandemiyası səbəbilə tətbiq edilən karantin şərtlərini pozanların güllələnəcəyi barədə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, bu barədə yerli "Philippine Star" nəşri məlumat yayıb.
"Mən vətəndaşlara məcburam deyim ki, karantinə riayət etsinlər. Əks təqdirdə karantini pozanların güllələnməsi barədə polisə göstəriş verəcəm", - deyə Rodriqo Duterte bildirib.
Filippin lideri həmçinin yerli əhalini tibb işçilərinə qayğı göstərməyə çağırıb.
Nəşr qeyd edir ki, bu radikal tədbir küçə etirazlarına çıxanlara qarşı yönəlib. Eyni zamanda, polis ölkə rəhbərinin göstərişlərini yerinə yetirməkdən imtina edib və onu ciddi qəbul etməyib.
“Əlbəttə, biz heç kəsi öldürməyəcəyik. Prezident, ehtimal ki, məsələni çox şişirdib", - deyə Filippin Milli Polis İdarəsinin rəhbəri Archie Gamboa qeyd edib.
Son məlumatlara görə, Filippində 2.3 min nəfər koronavirusa yoluxub. Onlardan 96 nəfər ölüb, 50 nəfər sağalıb.
Oxşar xəbərlər
ÜST koronavirusla bağlı bunlara inanmamağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı yayılan əfsanə, şayiə və yalan məlumatlarla bağlı ictimaiyyətə tövsiyələr verib. BAKU.WS “repor...