Bu ölkədə malyariya yayılıb - Artıq 170 min nəfər yoluxub
Bütün dünyanı koronavirus pandemiyası cənginə aldığı bir vaxtda Afrika qitəsində yerləşən Zimbabvedə malyariya xəstəliyi sürətlə yayılıb.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, 4 aydır, bu ölkədə malyariyaya yoluxanların sayı 170 min nəfərə çatıb, 152 nəfər isə ölüb.
Xəstəliyin yayılması Zimbabvedə ağcaqanadların daha çox yayıldığı oktyabr-aprel ayları aralığında havanın yağışlı keçməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, malyariya parazitləri insanın qanına keçdikdə qan vasitəsilə qaraciyərə düşərək onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyüb çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olurlar. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir.
Malyariyanın simptomlarının sırasına yüksək qızdırma, üşütmə, baş ağrıları, əzələ ağrıları və yorğunluğu aid etmək olar. Eyni zamanda ürək bulanması, qusma və ishal da müşahidə oluna bilir. Eritrositlərin parçalanması səbəbindən malyariya anemiyanın yaranmasına və eləcə də ödün dağılmasına (dəri və gözlərin saralması) gətirib çıxara bilər. Malyariyanın parazitlərinin ən təhlükəli növü olan Plasmodium falciparum tərəfindən törədilən xəstəlik zamanı böyrək çatışmazlığı, epileptik qıcolmalar, əqli pozğunluqlar, koma və vaxtında müvafiq tibbi köməyin göstərilmədiyi təqdirdə ölüm baş verə bilər.
Oxşar xəbərlər
Koronavirus bitməmiş insanları daha bir virus təhdid edir
Dünya koronavirusun yayılması ilə mübarizə apararkən yeni bir virus ortaya çıxıb. Ötən günlərdə Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfərin virusdan öl...