Bu ölkədə karantinə riayət etməyənə cəza verilir - 20 min dollar və 6 ay həbs

Bu ölkədə karantinə riayət etməyənə cəza verilir - 20 min dollar və 6 ay həbs
Siyasət 720

Avstraliyada koronavirusdan ölənlərin sayı 5-ə, virusa yoluxanların sayı isə 313-ə çatıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, hökumət vəziyyətin ciddiliyini nəzərə alaraq virusa yoluxma şübhəsi olan şəxslərin 14 gün müddətində karantinə alınması barədə qərar verib.

Buna riayət etməyənlərə isə pul və 6 ay həbs cəzası veriləcəyi qərarlaşdırılıb.

Pul cəzası Viktoriya əyalətində 20 min, Quinslənddə 13 min və Yeni Cənubi Uels əyalətində isə 11 min dollar nəzərdə tutulub.

Son xəbərlər