Bu kəndlər Azərbaycana qaytarılacaq - RƏSMİ AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O vurğulayıb ki, həmin kəndlər Azərbaycan əraziləridir.
Nazir müavini Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına da diqqət çəkib: ''Azərbaycan sülh gündəliyini ortaya qoyub, bu məsələdə israrlıdır və bu istiqamətdəki səyləri dəstəkləyir. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycan və Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşama bərqərar olmalıdır''.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...