Bu ilin sentyabrına qədər Zabux kəndi zabuxluların sərəncamına veriləcək

Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.
Zabux və Sus kəndlərinin Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib ki, orada da fəal iş aparılır. “Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
