Bu gün Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılışı olacaq

Bu gün Bakı vaxtı ilə saat 16:30-da Türkiyənin Kahramanmaraş bölgəsində yerləşən "Azərbaycan məhəlləsi"ndə mənzillərin açarlarının təhvili və püşkatma mərasimi təşkil olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından rəsmi açıqlama verilib.
Bildirilib ki, təhvil verilən mənzillərin ümumi sayı 250 minə çatır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə özünün "X" hesabında paylaşım edib:
"Bu gün zəlzələ bölgəmizdə, aralarında Azərbaycan tərəfindən dəstəklənən "Azərbaycan məhəlləsi"ndəki mənzillərin də olduğu 49 056 iş yeri və mənzili haqq sahibi qardaşlarımıza təhvil veririk", - deyə Prezident vurğulayıb.
Bugün deprem bölgemizde, aralarında Can Azerbaycan’ın desteğiyle hayata geçirilen Azerbaycan Mahallemizdeki konutların da yer aldığı 49 bin 56 iş yeri ve konutu hak sahibi kardeşlerimize teslim ediyoruz. 🇹🇷🇦🇿
— Recep Tayyip Erdoğan (@RTErdogan) June 19, 2025
Böylece teslim ettiğimiz toplam konut sayısını 250 bine yükseltiyoruz. pic.twitter.com/UUhfQs2QLH
Oxşar xəbərlər
Zaxarova: Moskva və İrəvan Rusiya bazasının Ermənistandan çıxarılmasını müzakirə etməyib
Moskva və İrəvan daimi dialoqdadır, lakin Rusiya bazasının Ermənistan ərazisindən çıxarılması məsələsi tərəflər arasında heç vaxt müzakirə olunmayıb. BAKU.WS "R...
