Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu gün 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.
Bundan əvvəl, 2025-ci il 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.
Qalereya
Oxşar xəbərlər
Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM
Azərbaycanda gənc istedadlara xüsusi təqaüdlər veriləcək. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla adları "Qı...