Britaniyalı ekspert: "Şuşa bəzi Avropa şəhərlərindən daha ağıllıdır"

Şuşa şəhəri dünyanın ən "ağıllı şəhərləri"ndən biridir, hətta bəzi Avropa şəhərlərindən belə daha ağıllı hesab edilə bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın "Chapman Taylor" şirkətinin Direktorlar Şurasının direktoru Marselina Zelinska (Marcelina Zielinska) III Milli Şəhərsalma Forumu (NUFA3) çərçivəsində keçirilən "Qarabağ üçün inklüziv, ekoloji və davamlı gələcəyə dəstək" adlı panel müzakirəsində bildirib.
"Şuşada elektrobuslar fəaliyyət göstərir və demək olar ki, ictimai nəqliyyatın 100 %-i elektrik enerjisi ilə işləyir. Şəhərdə yeraltı tullantı toplama sistemi qurulub, buna görə də nə xoşagəlməz qoxu var, nə də tullantılar səthdə qalır. Həmçinin tullantılar çeşidlənərək emala göndərilir - bu məqsədlə dörd növ konteyner mövcuddur", - o deyib.
M.Zelinskanın sözlərinə görə, Şuşa həm də "yaşıl şəhər" modelinin parlaq nümunəsidir.
"Şuşa piyada gəzintilər üçün ideal olan "15 dəqiqəlik şəhər" konsepsiyasına əsaslanır. Bu, çox ağıllı yanaşmadır - hətta "ən ağıllı" demək olar. Avropa İttifaqı ağıllı şəhərləri altı əsas meyar üzrə qiymətləndirir və bu baxımdan Şuşa ekoloji mühit, ağıllı mobillik və ağıllı yaşayış mühiti üzrə tam uyğunluq nümayiş etdirir.
Məsələn, Şuşada artıq "Shusha card" tətbiqi mövcuddur - bu kart vasitəsilə həm ictimai nəqliyyatdan, həm də muzey və istirahət obyektlərindən istifadə etmək mümkündür. Bu həll, açığı, bəzən Londonda mövcud olan sistemlərdən belə daha ağıllıdır. Şəhər düşünülmüş şəkildə planlaşdırılıb və müasir texnologiyalara ciddi şəkildə investisiya edir", - britaniyalı ekspert vurğulayıb.
Oxşar xəbərlər
İran gəmiləri Azərbaycana gəlib, Xəzərdə birgə təlim olacaq
Azərbaycanda keçiriləcək "AZIREX-2025" birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ)...
