Britaniya səfiri Cəbrayılda minatəmizləmə işləri ilə tanış olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayılda səfərdə olub.
BAKU.WS xəbər verir ki, o, bu barədə özünün tviter səhifəsində paylaşım edib.
Səfir “SafeLane Global” şirkətinin düşərgəsini və “Qaya Safety Solutions” şirkətini ziyarət edib və orada həyata keçirilən mühüm mintəmizləmə əməliyyatları ilə tanış olub.
“Mən həm də minaların harada olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum!” - deyə Ceyms Şarp bildirib.
Bu gün 🇬🇧 @SafeLaneGlobal-ın düşərgəsini və həmkar 🇦🇿Qaya Safety Solutions şirkətini #Cəbrayıl-da ziyarət etdim və orda həyata keçirilən mühüm təmizləmə əməliyyatları ilə tanış oldum.
— James Sharp (@JamesSharpFCDO) July 27, 2022
Mən həm də minaların harda olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum! 😬 pic.twitter.com/jVSh5ekIQ4
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...